Bir neçə rayonda qaz olmayacaq

Bir neçə rayonda qaz olmayacaq
 

 

 

Paralel.az xəbər verir ki, paytaxtın bir neçə rayonunda 7 yanvar saat 11:00-dan etibarən qaz olmayacaq. Bu barədə Azəriqaz İB-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunan ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq:

-Nəsimi rayonunun Asif Məhərrəmov, 20 Yanvar, Mir Cəlal, Alı Mustafayev, Ceyhun Səlimov, C.Məmmədquluzadə küçələrinin,  2,3,4 və 5-ci mikrorayonların;

-Binəqədi rayonunun Xutor yaşayış massivi ərazisinin,  RİQ-1, 325, 321 saylı qazanxanaların, Mərkəzi Hərbi Klinik Hospital;

-Yasamal rayonu ərazisində “Main” Yaşayış Kompleksi.

Məhdudiyyət Nəsimi rayonu ərazisində daşıyıcı qaz xətti üzərində təmir-bərpa işlərinin aparılması və Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə ünvanında qaz xəttinin yeni borular ilə əvəzlənməsi səbəbindəndir.

Şahnaz Salehqızı

Paralel.az

0.013787984848022