Tovuz Rayon İcra başçısı qazimizə kömək etmədi - FOTO

Tovuz Rayon İcra başçısı qazimizə kömək etmədi - FOTO
 

 

Şəkildə gördüyünüz Qarabağ müharibəsi iştirakçısı, qazi Məhəmməddir. Tovuz rayonunun Girzan kəndindəndir. Pensiya ala bilmir- alması üçün sənədlərini təqdim etməlidir, yolpulu olmadığından Bakıya gələ bilmir. Özü əsa ilə gəzir, atası yataq xəstəsidir, anası isə işsiz. Evinə gələn qazı, işığı kəsiblər, borca görə. Özünün dediyinə görə, Tovuz Rayon İcra Hakimiyyətinə gedib deyib ki; "mənə kömək edin Bakıya gedim sənədimi alım pensiyam düzəlsin" . İcra başçısı Məmməd Məmmədov isə: “Mən 1200 manat maaş alıram, onu da uşağımın boğazından kəsim sənə verim?!" , deyib. Bəli, məhz belə deyib. Məhəmməd deyir ki, ayağım işləsə daş daşıyıb çıxardaram yolpulumu.  Hərçənd İH-nin büdcəsində 100 m pul tapılardı, heç başçının maaşına ehtiyac qalmazdı. İkincisi də, bu məmurlar nəinki maaşlarını, bütün var-yoxlarını da versələr məhəmmədlərin borcundan çıxa bilməzlər. Hər həftə bir şəhid məzarında şəkil çəkdirib “Facebook”da, “instaqram”da paylaşmaqa olmur bu işlər cənab başçı! Qazilərin pafosa yox, diqqətə, köməyə ehtiyacı var. 

Bu da qazimizin mobil nömrəsi: 055-668-05-17. 

Kimin gücü çatırsa kömək etsin.

 

Şahnaz, Paralel.az

0.021271944046021