Osman Gündüz yazır...

Osman Gündüz yazır...
 

 

 

Artıq 5 saatdan çoxdur ki, Qazaxıstan tam olaraq qlobal şəbəkədən ayrılıb.

Ölkə daxilində internet üzərindən olan bütün servislərin, bütün dövlət, özəl, maliyyə -bank sektorunun , bütün messencerlərin fəaliyyəti  dayandırılıb. Bütün rəqəmsal xidmət sektoru iflic vəziyyətindədir

Həmçinin xaricdən internet resurslara və mobil şəbəkəyə giriş yoxdur.

Mobil rabitə söndürülüb.

 İnternetin fəaliyyətini  bütün dünya üzrə monitorinq edən NetBlocks şirkəti bu ölkədə internetin tam kəsilməsi ilə bağlı açıqlama verib.

Bu cür "rubilnikdən kəsilmə" olduqda heç bir yardımçı texnologiyalar, VPN-lər də internet resurslara girişi təmin edə bilmir.

Maraqlıdır ki, NetBlocks 2019-cu ildə, Qazaxıstandakı prezident seçkilərində də internetin bütün ölkə üzrə  tam kəsildiyini açıqlamışdı.

Qrafiklərdən də görünür ki, hər iki halda bütün ölkə üzrə qlobal şəbəkəyə qoşulma üzrə trafik sıfra bərabər olub.

Bəlkə də 2019-cu ildəki kəsilmə 2022-ci ildəki kəsilmənin əsasını qoyub.

Paralel.az

0.015203952789307