Qazaxıstanda baş verən hadisələri dəyərləndirmək üçün ölçülər

Qazaxıstanda baş verən hadisələri dəyərləndirmək üçün ölçülər
 

Siracəddin Hacı:

- baş verən hadisənin səbəbi qazax xalqına qarşı tətbiq olunan siyasi, iqtisadi, sosial zülmdür – zülm olmasa, üsyan olmaz, şəhərlər yandırılmaz, qisasçılıq alovlanmaz;

- bu etirazları Rusiyaya, Çinə bağlamaq həyəcanlı çevrələrin siyasi sifarişidir, ya da hadisələri doğru oxumaq qabiliyyətinin olmamasıdır, baş verənlər Rusiyanın əsla istəmədiyi hadisələrdir, bu alovun Rusiyaya da keçməyəcəyinə kim təminat verə bilər ki?

- etirazlardan maraqlı dövlət və güclər istifadə etməyə çalışacaqlar;

- etirazın üsyan biçimində ortaya çıxmasının üç önəmli səbəbi var: a) zülm dərindir; b) ciddi siyasi müxalifətin formalaşmasına imkan verilməmişdir; c) azad mətbuat yoxdur;

- bu etirazlar azad seçkilərin keçirilməsi ilə nəticələnsə, qazax xalqı uğur qazanacaq, bunun yolu tərəflərin dialoqa getməsidir;

- bu qədər güzəştdən sonra vəziyyətə nəzarət edə bilməyən prezidentin hakimiyyətdə qalması çətindir;

- xaos dərinləşsə, bu, qazax xalqının xeyrinə olmayacaq;

- çıxış yolu dialoqdur;

Paralel.az

0.019967079162598