Nazarbayevin saatları

Nazarbayevin saatları
 

 

 

(“Qısa hekayələr” silsiləsindən)

 

Məlum olduğu kimi, hərənin bir xobbisi olur. Biri marka yığır, o biri kağız əskinaslar, metal, hətta qızıl sikkələr toplayır, daha imkanlılar avtomobil kolleksiyası yaradır. Original şəkil və heykəl yığanlar da var, amma bunların adı məşhur “Forbs” jurnalındadır. 

Bilənlər bilir, Sovetin keçmiş rəhbəri Brejnevin zəngin minik avtomobili kolleksiyası olub. Dünyanın məşhur avtomobil brendləri hər biri öz yeni avtomobilindən 1 nüsxə baş katibə hədiyyə göndərirmiş. Moskva ətrafında yerləşən qarajda yüzlərlə avtomobil varmış. Rəhbər arabir bu maşınları minməyi və boş trasda təyyarə sürəti ilə sürməyi xoşlayarmış. Məlum milyarder Telman İsmayılov da bahalı minik avtomobilləri toplayırmış. Gürcüstanın eks-prezidenti Saakaşvilinin isə, brend qol saatları kolleksiyası varmış...

Qazaxıstanın lideri Nazarbayev də, deyilənə görə, qol saatı azarkeşidir. Bunu xaricdə və daxildə bilirlər və liderə müxtəlif təqvimlərdə bahalı İsveçrə və Yapon saatları hədiyyə edirlər. Saatları qiyməti korpusundan (polad, qızıl, platin və s.) və mexanizmindən (mexaniki, işıq, kvars və s.) asılı olaraq, 50-100 mindən bir neçə milyon dollara qədər dəyişir. Nazarbayev qiymətli hədiyyələri qəbul edir və səbrlə gözləyir. Astana tikilib başa çatır və şəhərdə “Nazarbayev muzeyi” açılır. Saatların da sayı minə çatır və lider bütün saatları bu muzeyə bağışlayır...

Qalib Arif

Paralel.az

0.015279054641724