"Avtoş"lar yaxalandı

 

Paralel.az xəbər verir ki, Sabunçu və Binəqədi rayonlarında "avtoş"luq edərək görüntüləri sosial şəbəkədə yayan şəxslər saxlanılıb.

Sosial şəbəkədə avtoxuliqanlıq etmələri ilə bağlı videogörüntüləri yerləşdirən Bakı şəhər sakinləri Kamran Nəbiyev və Rəşad Abasov polis orqanları tərəfindən müəyyən edilərək saxlanılıblar. Onlar sükan arxasında sərxoş vəziyyətdə avtomobili idarə edərək digər yol hərəkəti iştirakçılarının həyatına təhlükə yaradıb və polisin qanuni tələbini yerinə yetirməyiblər.

Kamran Nəbiyev tibbi müayinədən keçirilərkən onun narkotik vasitə istifadə etməsi aşkar edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə protokol tərtib edilib və o, 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 1 ay 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Rəşad Abasovun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və o, 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün inzibati qaydada həbs edilib.

Akif Nəsirli

0.029003858566284