Hər kəs seçimində azaddır...

Hər kəs seçimində azaddır...
 

 

 

Çingiz Şahbazi:

Doğrudur, həyatda nağıllar danışanlar çoxdur. Mənə görə uydurarlar və danışarlar. Onlara pərəstiş edənlər də az deyil, qohumlar, dostlar arasında, ümumiyyətlə cəmiyyətimizdə və hər yerdə ola bilirlər. Başa düşürəm, cəmiyyət elə olur, rəngarəng, fərqli fikirlər və baxışlarla...

Hamının öz baxış bucağı var, amma məsələ burasındadır ki, bu nağıllar aləmindən nəsibini alanların əksəriyyəti,  onlardan uzaq duranlara nə üçün belə edirsiniz, niyə bu fikirlərə inanmırsınız və müxalifsiniz kimi irad tutarlar ki, əslində bu doğru deyil. Çünki hər kəs düşüncə və fikirlərində azaddır və istər qəbul edər, istər etməz. Bunu qəbahət görmürəm.  Hətta O, böyük Allah, hər kəsə seçimində bir haqq tanıtmışdır. Hətta kafirə kafir olmaq haqqı vermişdir. Mənə görə şəxsi münasibətləri, dünyaya olan mövqe və baxışlar üzərindən qiymətləndirmək də doğru deyil.

Paralel.az

0.018128871917725