Xocalıda ermənilər məskunlaşır

Xocalıda ermənilər məskunlaşır
 

Paralel.az erməni mediasına istinadən xəbər verir ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşən, azərbaycanlıların kompakt yasadığı Xocalı şəhərinin yerində separatçılar rusların köməyi ilə qəsəbə salır. Təqdim edilən 1-ci şəkildə azərbaycanlıların dağıdılmış evlərinin yerində qalan dağıntılar görününür. 2-ci şəkildə isə separatçılar həmin ərazidə artıq özlərinə evlər tikirlər.

Vaxtilə qətliam etdikləri azərbaycanlıların evlərinin yerində ermənilər məskunlaşır. Bu Azərbaycan xalqının heysiyyatı ilə oynamaqdır. Azərbaycan hökuməti 10 noyabr razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsini tələb etməlidir. Razılaşmaya əsasən ermənilərlə bərabər azərbaycanlı qaçqınlar da BMT-nin nəzarəti altında öz dədə-baba yurduna qayıtmalıdır.
Akif Nəsirli

 

0.014430999755859