Aptek dələduzlari həbs edildi
Paralel.az xəbər verir ki, paytaxt ərazisi və Abşeron rayonunda apteklərə girərək dələduzluq edən 2 nəfər saxlanılıb.
Bununla bağlı bu gün Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər sakinləri Arif Məmmədov və Xaliq Rəhimov apteklərə girərək, güya dövlət qurumlarının əməkdaşı olduqlarını bildiriblər. Onlar müəssisə rəhbərlərindən cərimə olunmamaqları üçün 1000 manat pul tələb ediblər.
Şübhəli şəxslər saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.
Akif Nəsirli