Bakıda avtomobil atəşə tutuldu

Bakıda avtomobil atəşə tutuldu
 

Paralel.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Milli Qəhrəman Əlif Hacıyevin qardaşı Rza Hacıyevin həbs olunması ilə bağlı açıqlama yayıb:

Dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
A. Nəsirli

0.0155029296875