Düşünməyə dəyər

Düşünməyə dəyər
 

 

 

Əlisəfdər Hüseynov yazır:

 

2 il əvvəl kinorejissor Vaqif Mustafayevin yaradıcılığı barədə monoqrafiya üzərində işləyəndə əlavə olaraq ondan müsahibə almaq, daha doğrusu, sənət və sənətkarın missiyası mövzusunda onunla söhbət etmək qərarına gəldim. Aramızda müxtəlif vaxtlarda baş tutan və üst-üstə 6 saatdan çox davam edən söhbət vaxtı maraqlı bir məqam diqqətimi çəkdi -  hansısa bir filmindəki müəyyən detal, epiizod barədə Vaqif müəllimə sual verib izah gözləyəndə o, gözgörəsi əsəbiləşir, hətta rəngi qaçır, səsinin tonu belə dəyişirdi. Qəribədir ki,  ondan öz sualıma aydın bir məntiqə əsaslanan cavab ala bilmiirdim. 

   Eyni vəziyyət bu ilin yayında İTV-nin "Sabaha saxlamayaq: kinomuz var" layihəsi çərçivəsində Vaqif müəllimin "Hər şey yaxşılığa doğru" filminin müzakirəsində də yaşandı. Elə veriliş gedə-gedə də mən rejissorun əhval-ruhiyyəsində yaranan bu diskomfortun (bu, aşağıdaki şəkildən də açıq-aşkar hiss olunur) səbəbəbini axır ki,  tapdım və söz alıb dedim ki, yaradıcı şəxsə yaratdığı əsərlə bağlı "filan epizodda nə demək istəmisiniz"?, "filan səhnəni niyə belə çəkmisiniz (yaxud yazmısınız)" və s. bu kimi suallar ünvanlamaq düzgün deyil. Çünki sənətkarın bizə ünvanladığı, bizə demək istədiyi söz elə yaratdığı əsərin özüdür. Əgər o, yaratdığı əsəri bizim üçün elə özü də şərh eləyəcəksə, onda kinoşünasların, tənqidçilərin, jurnalistərin işinin adı nədir?

    İncəfara mənim bu "protestim" qəbul olundu və rejissora daha bu tipli naqolay suallar verilmədi - veriliş məhz bundan sonra öz təbii axarına düşdü…

    Sonralar bu vaqeə ətragında düşünəndə bir daha inandım ki, bizim nəzəri fikirdə hələ də keçmişin şablon, standart təhlil metotları öndədir, bizlərin çoxu hələ də əsərdə - istər ədəbi əsər olsun, istər film, fərqi yoxdur - konket, aydın cümlələrlə ifadə olunan ideya, məzmun axtarırıq, onu tapa bilməyəndə isə günahıı özümüzdə görmək əvəzinə müəllifin üzərinə hücum çəkir, onu sağdan da, soldan da tənqid etməyə girişirik.

    Əslində isə hər bir istedadlı əsər bu dünyaya əsl poeziya nümunəsi, simfonik musiqi əsəri kimi doğulur.  Əgər poeziyanı adi danışıq dilinə çevirib, adi sözlərlə ifadə etmək olursa, daha onun harası poeziya oldu ki? Ümumiyyətlə, belə bir "poeziyaya" nə ehtiyac? 

   Yaxud deyək ki, Fikrət Əmirovun "Şur" simfonik muğamının, yaxud "Azərbaycan" suitasının musiqi obrazlarını sözə çevirib onlardan çıxış edərək bəstəkarın nə demək istədiyini axtarmaq bizə nə verəcək?

   Əsl sənət əsəri rasional düşüncənin, diskursiv təfəkkürün yox, intuisiyanın, irrasional "ağlın" məhsuludur - motivlər, nüanslar çox vaxt əsərə əvvəlcədən tutulmuş plan, hazır sxemlər əsasında yox, intuitiv yaşantıların nəticəsi kimi sanki qeybdən daxil olur. 

    Elə bu mənada da sənətkara "filan cümlədə , filan epizodda nə demək istəmisən" sualını vermək, küləkdən "sən niyə əsirsən", yaxud gözəl bir xanımdan "sən niyə gözəlsən" soruşmaq qədər absurd deyilmi?

    Yaxıçı Ənvər Məmmədxanlı televiziya verilişlərinin birində yaradıcı adamın işini sözün yaxşı mənasında "saylqlama" - yəni hamını vərdiş etdiyi normalardan kənara çıxma, fərqli dünmək kimi xarektetizə etmişdi. Məncə, yazıçının bu fikrində yaradıcılığın psixologiyası ilə bağlı çox maraqlı məqamlar var.

 Düşünmıyə dəyər...

Paralel.az

0.015004873275757