Payımıza düşməyən işlər...

Payımıza düşməyən işlər...
 

 

 

Çingiz Şahbazi

 

Vaxtilə,Xaçmaz rayon icra hakimiyyəti başçısı işləmiş Müqəddəs Mehdiyev işlədiyi dönəmdə yerli əhalinin sosial yaşamına yardım məqsədilə içməli suyun və kənd təsərrüfatında istifadə olunan suyun pulsuz olaraq verilməsini təmin etmişdir. Bundan başqa, yerli balıq vətəgələrində tutulan balığın bir hissəsini rayonumuzun ərazisində yerləşən dükan və mağazalarda əhaliyə uyğun qiymətə satışını təşkil etməklə də rayon tarixinə düşmüşdür. 

  Azərbaycanın ilk siyasi partiyası olan Azərbaycan Milli İstiqlal Partiyasına, (AMİP) Xaçmaz və Xudat şəhərində qərargahla təmin olunması xidmətini də göstərmişdir.

  İndi də Xaçmaz rayonu üzrə, xüsusilə də Xudatda böyük layihələr üzrə işlər aparılır. Amma məsələ burasındadır ki, bu işlərin görülməsi üçün,  işçilərin əksəriyyəti kənardan gətirilir və yerli əhalinin işləmək üçün, pul qazanmaq üçün ehtiyacı ödənilmir və yaxud da çox nadir hallarda rast gəlinir. Qapının ağzına kimi iş gəlir, amma bizə aidiyyatı yoxdur. Məhz buna görə də rayon rəhbərliyi vəzifələri və Milli Məclisdə oturan deputat, bələdiyyə sədrləri yerli insanlardan olması lazımdır.

Paralel.az

0.01809287071228