Kosmosa daha bir peyk göndərildi
Paralel.az xəbər verir ki, ABŞ-ın kosmik texnologiyaları şirkəti “SpaceX” “Falcon 9” raketi ilə kosmosa 52 “Starlink” peyki göndərib.
Xarici KİV-lər xəbər verir ki, “SpaceX”in məqsədi “Starlink” peyk şəbəkəsi ilə bütün dünyada yüksək sürətli internet təmin etməkdir.
Orbitdəki “Starlink” peyklərinin ümumi sayı 1944-ə çatıb. Belə ki, “Starlink” şirkəti bir neçə aviaşirkətin təyyarələrində peyk internet sistemlərini sınaqdan keçirməyə başladıqlarını açıqlayıb. Kosmosa peyk göndərmə anlarını canlı yayımlanıb:
Şahnaz Salehqızı