Çingiz Şahbazi yazır...

Çingiz Şahbazi yazır...
 

Milli Məclisin müzakirəsinə təqdim olunan media haqqında qanun layihəsinin bir çox müddüaları mübahisələrə səbəb olmuşdur. Onlardan biri də siyasi partiyaların, çap mətbuatı xaric, internet media qurumu aça bilməzlər, qadağasınadır.
İnformasiyanın tez və ucuz olaraq çatdırılması üçün, internet media vasitəsinin nə qədər müasir və faydalı olduğunu isbat etməyə gərək yoxdur. Məhz bu baxımdan siyasi partiyaların bu imkandan istifadə etməsinə qadağa qoymaq anlaşılan deyil.
Xudat səhərində bir dənə də olsun qəzet və jurnal satışı ilə məşğul olan qasid və yaxud da mağaza yoxdur. Həmçinin yeri gəlmişkən kitab mağazası da yoxdur. Sual çıxır ortaya, bəs siyasi partiyaların yerli təşkilatlarında fəaliyyət göstərən insanlar, təmsil olunduqları partiyanın və təşkilatın ali orqanının qərar və tapşırıqlarını, məlumatları əldə etmək üçün problem yaranmayacaq ki? Bu hal, yeni media haqqında qanunla yerli partiya və təşkilatların işinə əngəl törədir və onların fəaliyyəti gələcəkdə çox çətinliklərlə üz-üzə qala bilər.

Paralel.az

0.014117956161499