Osman Gündüz: "DGK sədri hansı faktlara görə bu cür ittiham səsləndirə bilərdi?

Osman Gündüz:
 

Osman Gündüz yazır:

Əvvəllər bəzi deputatlar gömrüyü tənqid edirdilər, indi DGK sədri Səfər Mehdiyev bəzi deputatları ittiham edib :)
Maraqlıdır, DGK nəyin əsasında belə ciddi ittiham irəli sürüb?

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deputatların xaricdən məhsul gətirib satdığını deyib.
S.Mehdiyev virtualaz.org-a müsahibəsində bildirib ki, deputatlar vətəndaşların adından fırıldaqçılıq edirdilər. Bəzi deputatlar çox sayda vətəndaşların adından istifadə edərək, gömrük rüsumu ödəməsindən yayınaraq xaricdən müxtəlif məhsullar gətirərək biznes qurublar.

DGK sədri hansı faktlara görə bu cür ciddi ittiham səsləndirə bilərdi ?

Məlum olduğu kimi DGK son zamanlar Smart Customs və bir çox digər uğurlu rəqəmsal həllər hazırlayıb.
Bu rəqəmsal resurslarda son bir ildə 200-dən çox karqo(kuryer) şirkət, yüz minlərlə vətəndaşlarımız qeydiyyatdan keçib. Dövriyyə ildə 200 milyonu keçib.
Vətəndaşlar bu daşıyıcı şirkətdən istifadə edərək, xaricdən aldığı malları Smart Customs-da bəyan etməklə daha asan və rahat formada əldə edirlər.
Mall-lardakı bahaçılıq , Türkiyədəki ucuzluq bu prosesi xeyli kütləviləşdirib.

Güman etmək olar ki, bu rəqəmsal resurslar vasitəsilə DGK-nın əlində böyük datalar formalaşıb. Onlar bu dataları təhlil etməklə, müqayisələr aparmaqla , bəyan olunan malları müxtəlif parametrlərlə araşdıraraq malların konket bir fiziki şəxsə, yoxsa minlərlə fiziki şəxsi birləşdirən bir şəbəkəyə məxsus olmasını müəyyən edə biliblər.

DGK sədrinin bu cür "limit şəbəkəsi" üzvlərinin sayı ilə bağlı konkret rəqəmlər deməsi onu göstərir ki, görünür gömrüyün İT komandası yaxşı işləyiblər:)

Düşünürəm ki, DGK sədrinin əlində ciddi datalar olmasa bu cür açıq-aşkar ittiham etməzdi :)

Ümumiyyətə, müşahidələrimiz gösrtərir ki, son zamanlar bir çox dövlət qurumları həm qərarlar qəbul etmək üçün, həm də bəziləri kommersiya məqsədilə özlərində formalaşan datalardan effektiv istifadə edirlər.

Paralel.az

0.015309810638428