Milləti batıran Akademşəbəkə üzvləri
 

Milləti batıran Akademşəbəkə üzvləri  
 

 

İdris Abbasov yazır:

Onlar ortada yeyib, qıraqda gəzir, millətin başına gətirilən oyunları seyr edib zövq alır, ölkənin düzəlməsini istəmirlər...

Azərbaycan vətəndaşı Tofiq Yaqublu adlı bir fəala qarşı edilən orta əsr vəhşiliyinə, adəti üzrə, heç bir reaksiya verməyən, mədhiyyə deyib büdcəni yeyən, cibə girən, guya "cəncəlli" işlərə baş qoşmayan, ölkənin məhv olması hesabına mamılı-matan balalarını bəsləyib xaricə qaçıran, yaxud onları daxili quldar kimi tərbiyələndirən, xalqın və ölkənin taleyini vecinə almayan müftəxor və ziyankar akademşəbəkə üzvlərini, özünə "milli" deyən "ictimai" çəkili alim-ziyalı dəstəsini yalnız lənətlə anmaq olar. 

Elələrinin özlərinə fayda verməyən elmləri də, irfanları da, hikmətləri də başlarına dəysin. Milləti yerlə yeksan etdilər. Məmləkəti viran qoyan fırıldaqçı zatların, bir-birininin lazımsız cızma-qaralarını tərif və mədh edən, səlahiyyətlərindən istifadə edib ifadəsiz və urvatsız əsərləri üçün dövlətdən milyonlar qoparan tipsizlərin heç birinin  mənasız horralarını oxuyacaq dərəcədə sadəlövh deyiləm və gələcək nəslə də bu şəxsiyyətsizlərin "ifrazatlarını" oxumamağı tövsiyə edirəm. 

PS. Fəaliyyətsiz, reaksiyasız, büdcəgir və cibgir akademşəbəkənin, "ziyalı" adlı yaltaqların, yalgirlərin, məddah, oğru və rüşvətxorların xidməti  yalnız bir dövləti böyrü üstə qoymaq ola bilər! Süni qəhrəmanlar qaylrıb şəbehə tamaşa edən akademizm-alimizmin hörmət olunduğu cəmiyyət ölümlə baş-başadır.

Paralel.az

0.016136169433594