Fərid Dadaşov vəfat etdi

Fərid Dadaşov vəfat etdi
 

 

 

Paralel.az xəbər verir ki, Geologiya-mineralogiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Fərid Dadaşov vəfat edib.

1930-cu il təvəllüdlü F.Dadaşov 1957-ci ildən AMEA-nın Geologiya və Geofizika İnstitutunda işləyib.

Azərbaycanın geoloji ictimaiyyəti Fərid Dadaşovu neft-qaz geologiyası, təbii qazların geokimyası və faydalı qazıntıların geokimyəvi axtarışı üsullarının işlənilməsi sahəsində görkəmli alim kimi tanıyırdı.

Cənubi Xəzərdə bir sıra iri neft, qaz və qaz-kondensat yataqlarının açılması ilə onun proqnozları təsdiqlənmişdi. O, “Günəşli” dəniz neft yatağının ilk kəşfçilərindən biri idi.

Röyal, Paralel.az

0.014142990112305