Rüstəm Muradov ermənilərin adından danışdı
Paralel.az-ın məlumatına görə, Rüstəm Muradov TASS agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan tərəfinin bütün əsirləri qaytarılıb, Ermənistan tərəfinin əsirlərinin qaytarılması üçün işlər davam edir.
Lakin Rüstəm Muradov yada salmır ki, Azərbaycan tərəfi həm də 1960 erməni əsgərinin cəsədini qaytarmasına rəğmən, 30 il ərzində itkin düşən dörd minə yaxın Azərbaycan vətəndaşından xəbər yoxdur. Həmin şəxslərin böyük əksəriyyəti ermənilər tərəfindən işgəncələr altında öldürülüb. Bəs bu insanların taleyinə görə məsuliyyəti ermənilər nə vaxt hiss edəcək?
Akif Nəsirli