ABŞ diplomatik boykot elan etdi

ABŞ diplomatik boykot elan etdi
 

 

 

Paralel.az xəbər verir ki, Ağ evin sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında  bildirib ki, ABŞ rəsmiləri Pekin Qış Olimpiya Oyunlarında iştirak etməyəcək.

O, qeyd edib ki, Çin Xalq Respublikasında insan haqları pozuntularını nəzərə alaraq, Bayden administrasiyası 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarına diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcək.

O, diplomatik boykotun amerikalı idmançıların Olimpiadada iştirakına təsir etməyəcəyini vurğulayıb: “ABŞ komandasının idmançılarını evdə yüz faiz dəstəkləyəcəyik”.

ABŞ rəsmiləri Pekin Qış Olimpiya Oyunlarında iştirak etməyəcək. Bunu Ağ evin sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, Çin Xalq Respublikasında insan haqları pozuntularını nəzərə alaraq, Bayden administrasiyası 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarına diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcək. O, diplomatik boykotun amerikalı idmançıların Olimpiadada iştirakına təsir etməyəcəyini vurğulayıb: “ABŞ komandasının idmançılarını evdə yüz faiz dəstəkləyəcəyik”.

Züleyxa, Paralel.az

0.12190103530884