Ulu öndər bilsəydi onun adını daşıyan küçə belə olacaq...

 

Ulu öndər bilsəydi onun adını daşıyan küçə belə olacaq... 
 

 

Göyçaylı əməkdaşımız Mirələm Tağıyev yazır: 

“Göyçayda İtalyanın  Venesiya  şəhərinə “bənzər” küçələr var.  Bu, Ulu öndərimizin adını daşıyan Heydər Əliyev prospektidir.

Şəkildə gördüyünüz mənzərə Göyçay rayon Heydər Əliyev  prosipekti Texnologiya və İdarəetmə Kollecinin qarşısıdır. Şəhər bələdiyyəsinin sədri Cavid Rəhimovun başı adı  "Qırmızı Kitab"a  düşən  "Eldar Şamı" ağaclarını kəsməyə, şəhər ərazisində olan boş torpaq sahələrini qarış-qarış satmağa qarışıb. 

Görəsən, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin bu yerdən xəbəri varmı?!  Bir kamaz daş-qrabil tökməklə müvəqqəti olaraq da olsa  aradan qalxacaq bir problemin həlli bu qədərmi çətindi! Əlbətdə asfalt örtüyü üçün müraciət etsək,  "yaxın gələcəkdə nəzərdə tutulur" deyəcəklər. Lakin, ən azından bir kamaz daş-qrabil tökmək üçün "yaxın gələcəkdə planlaşdırılan layihə"ləri gözləməyə ehtiyac yoxdur.

  Ümid edirik ki, məsələ tezıiklə öz həllini tapacaqdır!

Şahnaz, Paralel.az

0.028584003448486