”Günəşli” yatağındakı faciədən 6 il ötür

”Günəşli” yatağındakı faciədən 6 il ötür
 

 

 

2015-ci il dekabrın 4-də "Günəşli" neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. Ötən ilin may ayında daha 3 neftçinin cəsədi dənizdən tapılıb. Qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib. 

Paralel.az xəbər verir ki, hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub. 

Qeyd edək ki, həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında abidə ucaldılıb.

Şahnaz, Paralel.az

0.023827075958252