Narkomaniya ilə mübarizə hər kəsin işidir

Narkomaniya ilə mübarizə hər kəsin işidir
 

 

Azərbaycanda narkomaniyaya qarşı mübarizə tədbirləri həyata keçirilsə də, hələlik istənilən müsbət nəticəni vermir. Buna görə də, bu bəlanın getdikcə geniş yayılması müşahidə olunur.

Tək Azərbaycanda yox, dünyada narkomaniya ilə mübarizəni təşkil etmək o qədər də asan iş deyil. Narkotacirlər hazırda dünyada ən geniş şəbəkəyə malikdir. Hətta bir sıra dünyaca məhşurların narkoticarətlə məşğul olması barədə xəbərin yayılması da təsadüfi deyil.

Dünyanın bir sıra inkişaf etmiş ölkələrində narkomaniyaya yaşıl işıq yandırılması insan həyatı üçün bu qorxulu təhlükənin genişlənəcəyindən xəbər verir.

Real vəziyyət göstərir ki, Azərbaycanda da narkomaniya ilə mübarizə tədbirləri lazımı səviyyədə deyil. Bunu hər gün televiziya ekranlarından yayılan xəbərlərdən də aydın müşahidə olunur.

Bu, onu göstərir ki, dövlətin bu sahəyə nəzarət etməli olan qurumların işi müasir tələblərdən geri qalır. Təəssüf ki, ölkənin DİN sistemi yalnız narkotucarətlə məşğul olan şəbəkə üzvlərini həbs etməklə işini bitmiş hesab edir.

Dövlət orqanlarının bu cür yarımçıq gördüyü işin nəticəsində ölkədə narkomanların sayının azalması hiss olunmur, əksinə, narkomaniyaya qurşananların sayı isə hər gün çoxalır.

Röyal

0.019496917724609