Yasamal 8 saylı İstilik  Sahəsinin 10 saylı qazanxanası əhalinin mənzillərinə istilik vermir-Şikayət

Yasamal 8 saylı İstilik  Sahəsinin 10 saylı qazanxanası əhalinin mənzillərinə istilik vermir-Şikayət
 

"Azəristiliktəchizat" fəaliyyətində ciddi nöqsanlar olduğu barədə ölkə mətbuatında mütəmadi yazılar dərc olunur.

Lakin bu tənqidlərə baxmayaraq Bakı şəhərində əhalinin mənzillərinin normal istiliklə təmin olunmasına əhəmiyyət verilmir.

Məsələn, Yasamal rayonu 8 saylı İstilik sistemləri idarəsinin 10 saylı qazanxanası uzun illərdir əhaliyə normal istilik vermir, dövlətin bu sahəyə ayırdığı pul isı rahat şəkildə mənimsənilir və bu barədə vətəndaşların şikayətlərinə baxılmır.

Bakı şəhər İcra Hakimiyyəti isə əhalinin normal istiliklə təmin olunması haqqında qəti düşünmür.

Biz dəfələrlə 8 saylı istilik idarəsinin müdiri Kamran müəllimin iş telefonuna zəng etsək də, onu iş otağında tapa bilmirik.

Hər dəfə idarəyə zəng edəndə telefonun dəstəyini qaldıran xanım deyir ki, Kamran müəllim ərazidədir...

Röyal

0.099836826324463