“Ermənistana bildirməliyik ki, mina xəritələrini təhvil versin”
Paralel.az xəbər verir ki, İspaniyanın (İspaniya Sosialist İşçilər Partiyası) Avropa Parlamentindəki deputatı Naço Sançez Amor Avropa Parlamentinin Xarici Məsələlər Komitəsində Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı müzakirələrdə çıxışında bildirib ki, Ermənistan mina xəritələrini verməlidir. Biz aydın şəkildə Ermənistana bildirməliyik ki, mina xəritələrini təhvil versin”.
İspaniyalı deputat bildirib ki, bu, beynəlxalq öhdəlikdir: "Biz açıq şəkildə bu mesajı Ermənistan tərəfinə çatdırmalıyıq. Eyni zamanda Ermənistan tərəfinin iddia etdiyi saxlanılanlar məsələsinə də baxmalıyıq”.
Züleyxa