Kartofda zərərverici aşkar olunub

Kartofda zərərverici aşkar olunub
 

 

 

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs "ZE-DENT" MMC tərəfindən Gürcüstan Respublikasından idxal edilən ümumi çəkisi 89.6 ton ərzaqlıq kartof məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. 

Paralel.az xəbər verir ki, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ditylenchus destructor Thor.” - kartofun gövdə nematodu) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 89.6 ton ərzaqlıq kartof məhsulu partiyalarının Gürcüstan Respublikasına geri qaytarılması barədə qərar qəbul edilib.

 

Şahnaz Salehqızı

0.027672052383423