Ermənilər Zəngilanin üç kəndini bataqlığa çevirib

Ermənilər Zəngilanin üç kəndini bataqlığa çevirib
 

Paralel.az xəbər verir ki, Ermənilərin işğal dövründə Həkəri çayının məcrasını dəyişməsi nəticəsində 3 kəndin ərazisi bataqlığa çevrilib.

Belə ki, ermənilər Həkəri çayının məcrasını Zəngilan rayonunun Babaylı kəndi ərazisindən keçən hissədə dəyişib. Süni göl yaratmağa çalışan ermənilər kəndin bütün əkin sahələrini bataqlığa çevirib. 27 il ərzində bataqlıq sahəsi genişlənərək daha iki kəndin ərazisinə yayılıb. Nəticədə Babaylı kəndi ilə yanaşı, Məmmədbəyli və Üçüncü Ağalı kəndlərinin də əkin sahələrində bataqlıq yaranıb. Bundan başqa, qamış və kol bitkiləri də əkin sahələrinin sıradan çıxmasına səbəb olub.
A.Nəsirli

0.011618852615356