“Zəngəzur dəhlizinin açılmalı olduğunu Ermənistanda çox yaxşı anlayırlar”

“Zəngəzur dəhlizinin açılmalı olduğunu Ermənistanda çox yaxşı anlayırlar”
 

“Azərbaycan və Türkiyə üçün önəmli olan Zəngəzur dəhlizi layihəsi reallaşdırılmalıdır. Hesab edirəm ki, Ermənistanda da bu koridorun açılmalı olduğunu çox yaxşı anlayırlar”.

Paralel.az 24News.ge-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın “Kvira” mediaholdinqinin press klubunda “Region müharibədən bir il sonra: nəticələr və yeni imkanlar” mövzusunda keçirilən mətbuat konfransında politoloq Nikoloz Metreveli deyib. Ekspertin sözlərinə görə, Ermənistanda bu dəhlizin həyata keçirilməsinə qarşı olanlar və revanşa meylli qüvvələr var:

“Fikrimcə, Ermənistanın Baş naziri Nikol Paşinyan da çox yaxşı başa düşür ki, bu dəhliz açılmalıdır”.

N.Metreveli hesab edir ki, Zəngəzur koridorunun açılmasının Gürcüstanın regionda tranzit funksiyasını azaldacağı ilə bağlı səsləndirilən fikirlər əsassızdır:

“Bu layihənin reallaşdırılması Gürcüstan iqtisadiyyatına real təhlükə yaratmayacaq. Ölkənin tranzit rolunun kiçiləcəyi barədə proqnoz vermək tezdir. Belə ki, bunun üçün ilkin zəmin yoxdur”.
A. Nəsirli

0.013634920120239