Bakıda nəqliyyat sıxlığı çoxaldü

Bakıda nəqliyyat sıxlığı çoxaldü
 

Paralel.az xəbər verir ki, paytaxtın əsas prospektlərində sıxlıq müşahidə olunur. Tıxaclar marşrut avtobusların intervalında ləngimələrə səbəb olub.

Belə ki, Böyük Şor qovşağından 20 Yanvar dairəsinə kimi saat 08:00-dan yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi səbəbindən tıxac yaranıb. Bu baradə BNA-nin mətbuat xidməti məlumat verib. 

Həmçinin, hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu da müəyyən ləngimələrə səbəb olub.
Akif Nəsirli

0.010665893554688