Mobil telefonların qeydiyyat xərci artırıldı

Mobil telefonların qeydiyyat xərci artırıldı
 

Paralel az xəbər verir ki, Azərbaycanda gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumu artırıldi.

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;

Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;
Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat;
Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat;
Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manat;
Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu tutulacaq.
Dəyişikliklər parlamentdə səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib. Yəqin bir neçə gün ərzində qanun qüvvəyə minəcək.
Akif Nəsirli

0.013674974441528