Qarşılıqlı təsirimiz
Yaşar Nəzərov yazır...
Həyatda hamımız dostluğa, sevgiyə, qonşuluğa və bu kimi hislərə ehtiyac duyuruq.
Virtualdada hamımızın sevinc, kədər, narahatlıq və uğurlarımızı bölüşə biləcəyəyimiz insanlara, dostlara ehtiyacımız var. Bu həm də virtuallığın fəsəfəsidir. Virtuallığ çox uzağı belə yaxın edir. Bu qarşılıqlı təsir bizə ən dərin səviyyələrdə toxunur və bizi zənginləşdirir. Amma çox vaxt qarşılıqlı münasibətləri daha mənalı etmək uçun bir-birimizə əl uzatmaq istəmədən və ya buna qadir olmadan dostlardan uzaq qalırıq.
İnsanların qarşılıqlı təsirində bu vacib yanaşmalara və böyük istəyə, kimin ehtiyaçı yoxdur?! Bunu arzulayaraq biz bir-birimizə daha güclü olmağımıza kömək edəcək daimi dəstək mənbəyi ola bilərik. Bir-birimizin paylaşımları ilə necə zənginləşə və dəstək ola biləcəyimizi anlamağımız vacibdir. Bu daha anlamlı qarşılıqlı münasibətlərə gedən yolda dönüş nöqtəsi ola bilər. Biz görürük ki, səmimi olanda dostlar da bizə eyni şəkildə cavab verir və bizi olduğumuz kimi kimi qəbul edir. Dəymə-düşərliyin əvəzinə bizdə heç vaxt olmayan hislər peyda olur: səmimiyyət, gümrahlıq və oyanış hissi. Eynən həyatdakı kimi. Bu baş verəndə istənilən qarşlıqlı münasibət daha mənalı, əhəmiyyətli və daha böyük işlər üçün motivasiya olur.
Əgər insanlarla məhz bu şəkildə davransaq, onlarla münasibətimiz daha mənalı olar və hətta hansısa təsədüfi ünsiyyət belə həm bizə, həm də başqa insanlara təsir edər. Biz başqalarına kömək etmək, sevmək və bir-birimizlə paylaşmaq kimi qabiliyyətlərə sahibik və lazım olan yalnız bunu istəməkdir.
Daha nə arzulamaq olar ki?
Paralel.az