17 yaşlı qızı atasının gözü qarşısında yük maşını vurub
Paralel.az xəbər verir ki, dünən axşam saatlarında Qazaxda yük maşınının vuraraq öldürdüyü 17 yaşlı qızın tələbə olduğu məlum olub.
Hadisə baş verən gün 2004-cü il təvəllüdlü Lalə Süleymanova atası ilə birlikdə onlara qonaq gələn qohumlarını qarşılamağa gedirmiş. Dərsdən çıxdıqdan sonra magistral yolun kənarına gələn Laləni yolun digər tərəfində atası gözləyib. Bu zaman yolu keçmək istəyən Laləni yüksək sürətlə gələn yük maşını vurub.
Hadisə 17 yaşlı qızın atasının gözü qarşısında baş verib.
Şahnaz