Qadını şantaj edən Bakı sakini saxlanıldı

Qadını şantaj edən Bakı sakini saxlanıldı
 

Paralel.az xəbər verir ki, Şirvanda qadını şantaj edərək pul tələb edən Bakı şəhər sakini saxlanılıb.
 
Şirvan şəhər sakini, 26 yaşlı qadın sosial şəbəkədə Bakı şəhər sakini, 25 yaşlı Fərhad Kazımovla tanış olub. Bir müddət sonra Kazımov qadının şəkillərini virtual məkanda paylaşacağı ilə hədələyib və ondan pul tələb edib. Məlum olub ki, dələduz xanımı rüsvay etməmək üçün ondan 635 manat pul alıb.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fərhad Kazımov saxlanılıb. O, Cinayət Məcəlləsinin “Hədə-qorxu ilə tələb etmə” maddəsi isə istintaqa cəlb olunub.

Faktla bağlı araşdırmalar davam edir.
A.Nəsirli

0.01701283454895