Metroda ibadət otaqlarının açılmasına Moskva rəsmilərindən  münasibət

Metroda ibadət otaqlarının açılmasına Moskva rəsmilərindən  münasibət
 

Paralel.az xəbər verir ki, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi metroda ibadət otaqlarının açılması barədə məsələni şərh edib. Müfti, Moskva kafedral məscidinin baş imamı İldar Alyautdinov RİA Novosti-yə bildirib: “Metroda ibadət otaqlarının açılmasını qeyri-mümkün hesab edən Moskva hakimiyyətinin reaksiyasını başa düşür və namaz qılmaq üçün yer çatışmazlığı probleminin məqbul həllinin tapılacağına ümid edirik”.
Xəbərə görə, Moskva Nəqliyyat Departamentinin mətbuat xidməti bildirib ki, ictimai nəqliyyatda hər hansı dini ayinləri yerinə yetirmək üçün təhlükəsiz şərait yaratmaq çətindir. Ona görə də dini fəaliyyət üçün bina və yerlərin ayrılması mümkün deyil.
 Rus Pravoslav Kilsəsi isə qeyd edib ki, müəssisələrdə ibadət otaqlarının açılması məsələsinə ilk növbədə Rusiyanın Dinlərarası Şurasında baxılmalı, sonra isə ictimai müzakirə edilməlidir.
Nigar

0.012787103652954