AQTA vəziyyətə uyğun müvafiq tədbirlər həyata keçirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Mərakeş Krallığının Mərəkeş-Safi, Kasablanka-Settat və Fes-Meknes regionlarında xırdabuynuzlu heyvanların taun, İtaliya Respublikasının Latsio və Lombardiya regionlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Şahnaz Salehqızı, Paralel.az