Fındıq ixracatçıları ilə görüş keçirilib

Fındıq ixracatçıları ilə görüş keçirilib
 

 

2021-ci il noyabrın 20-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılovun iştirakı ilə Zaqatala rayonunda fındıq ixracatçıları ilə görüş keçirilib.

 

Paralel.az xəbər verir ki, görüşdə fındıq ixracı zamanı qarşıya çıxan əsas problemlər, ixrac prosesi, məhsullardan götürülmüş nümunələrin müayinələrinin nəticələri və təhlükəsiz məhsul istehsalı ilə bağlı müzakirələr aparılır. İnteraktiv şəkildə təşkil olunmuş görüşdə sahibkarları narahat edən məsələlər, həmçinin fındıqda aflatoksin problemi və onun aradan qaldırılması yolları istiqamətində fikir mübadiləsi aparılıb. Xüsusilə laborator sınaq müayinələri zamanı aflatoksin miqdarının yol verilən həddən artıq olan məhsul partiyalarının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının müvafiq qərarının tələblərinə uyğun şəkildə icra olunmasının vacibliyi diqqətə çatdırılıb.

 

Şahnaz Salehqızı

0.029778003692627