Baş Prokurorluğun məlumatı

Baş Prokurorluğun məlumatı
 

 

Vətəndaş Pərviz İsaqovun anasının üstünə ağac düşməsi faktı əsasında prokurorluqda araşdırma aparılır.

 

Paralel.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, vətəndaş Pərviz İsaqovun anası Pərvanə İsaqovanın 10.11.2021-ci il tarixdə Yasamal rayonu, Mirəli Seyidov küçəsi 60 ünvanın yaxınlığında olarkən ağacın küləkliyin təsirindən qırılaraq üzərinə düşməsi və sonuncunun aldığı xəsarətlər nəticəsində sol ayağının amputasiya edilməsi barədə müraciət əsasında Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

 

Şahnaz Salehqızı

0.014528036117554