Pərviz Siyabi 16 il həbs cəzasına məhkum edilib

Pərviz Siyabi 16 il həbs cəzasına məhkum edilib
 

Paralel.az xəbər verir ki, Cənubi Azərbaycanının Ərdəbil şəhərində yaşayan milli fəal Pərviz Siyabi 16 il həbs cəzasına məhkum edilib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı xəbərə görə, 24 iyul mitinqi ilə əlaqədar həbs edilən yaşlı milli fəal Pərviz Siyabi Ərdəbil İnqilab Məhkəməsində mühakimə edilib.

Ərdəbil İnqilab Məhkəməsi milli fəalı “sistemə zidd olan media ilə müsahibə edərək və sosial mediada gerçək olmayan məzmunlar paylaşaraq İran İslam Respublikasına qarşı təbliğat aparmaq”, ”ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qeyri-qanuni qruplarda üzv olmaq” və “ölkənin təhlükəsizliyini pozmaq mqsədilə qeyri-qanuni qrupları idarə etmək” kimi ittihamlardan suçlanıb. Siyabi müvafiq olaraq həmin ittihamlardan 1,5 və 10 il həbsə məhkum edilib.

O, iyulun 25-də Təbrizdə keçirilən mitinqdən bir gün sonra təhlükəsizlik qüvvələri tərəfindən Ərdəbil şəhərində həbs edilib təcridxanada dindirildikdən sonra Ərdəbil həbsxanasına köçürülmüşdü. Fəal avqustun 29-da 250 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Keçən iyilun 24-də İranda Azərbaycanlı vətəndaşlar İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində baş qaldıran aksiyalarına dəstək məqsədilə etiraz mitinqi keçirmişdilər. Mitinq zamanı başda Təbriz olmaqla, İran Azərbaycanının digər şəhərlərində nəzarət altına alınan vətəndaşların məhkəməsi davam edir. Ərəb icmasının sıx yaşadığı Əhvaz bölgəsində İran hökumətinin su ehtiyatlarının yararasız idarəçiliyi nəticəsində yaranan su qıtlığına qarşı etirazlar iyulun 15-dən başlayaraq on gündən çox davam etmişdi.

Güneyli milli fəal Pərviz Siyabi apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbs edilib və məhkəmələrdə mühakimə olunub.

 

Şahnaz, Paralel.az

0.031976938247681