46 saylı avtobus qəza şəraiti yaradıb

46 saylı avtobus qəza şəraiti yaradıb
 

Paralel.az xəbər verir ki, 90-VT-241 dövlət qeydiyyat nişanlı 46 nömrəli xətt üzrə fəaliyyət göstərən avtobusun sürücüsü noyabrın 22-də paytaxtın Nəcəfqulu Rəfiyev küçəsində bütöv nişanlanma xəttinin tələbini pozaraq əks yola çıxıb.

O, axına qarşı hərəkət edərək qarşıdan gələn avtomobillərin üzərinə sürüb və onların yolunu kəsərək təhlükə yaradıb.

Görüntünü qeydə alan oxucu bildirir ki, avtobusun sürücüsü öz zolağına qayıtdıqdan sonra yenidən əks yola keçərək axına qarşı hərəkət edib.
Akif Nəsirli

0.0091209411621094