“İş yoxdu, uşaq pulu yoxdu, qocalıq pensiyası da demək olar ki, yoxdu”

“İş yoxdu, uşaq pulu yoxdu, qocalıq pensiyası da demək olar ki, yoxdu”
 



250 manat orta əmək haqqı,210 manat isə bir insanın bir ayda xərci,yəni istehlak zəmbili hesablanıb.Əslində bura kimi hər şey normaldır.Kimsə deyə bilər ki,bu azdır,onun da haqlı olduğunu başa düşmək olar.Amma,hər seyə rəğmən deyək ki,bu vəsait bir insan üçün kifayətdir.Əyər bu məntiqlə və bu cədvəllə hərəkət etsək, ölkədə gərək hamı işləməlidir ki, hec kim kasıbçılıq səviyyəsinə enməsin.Hamı bilir ki, dörd nəfərdən ibarət ailələrin əksəriyyətində bir nəfər işləyir ya yox.Bu da o deməkdir ki,əyər o bir nəfər işləyirsə,cədvələ görə 1000-840 maaş almalıdır ki,ailənin,evin dərd sərini qarşılaya bilsin.
  İş yoxdur.Uşaq pulu yoxdur.Qocalıq pensiyası da demək olar yox səviyyəsindədir.Əmək pensiyası çox aşağı həddə hesablanır.Əlillik pensiyaları 110 manatdan başlayır.Bu həddən artıq azdır və insanın vəziyyətini təmin edə bilməz.
   İş yerləri olan müəssisələrin əksəriyyəti yaş həddi məhdudiyyəti qoyub.Misal olaraq 50-55 yaşında olan vətəndaşları işə qəbul etmirlər.Hökumət isə pensiya yaşını qaldırıb 65-ə çıxardıb.Bakı şəhərində bəlkə bu yaşda olanlara iş tapmaq mümkündür.Kənd yerlərində də torpaqları olduğu üçün öz təsərrüfatında işləyənlər üçün də bir o qədər problem olmaz.Amma, kiçik şəhər və rayon mərkəzlərində bu ciddi problemə çevrilib.Təsərrüfatla məşğul olmaq üçün torpaq yoxdur,iş tapmaq da mümkün deyil.Hökumət də pensiyanın yaş həddini ceyran belinə qaldırıb.
  Bu vətəndaşlar haqqında düşünən kimsə,bu ölkədə varmı?

Paralel.az

0.030424118041992