Qiyməti iki dəfə qalxsa da, Bakya normal su verilmir

Qiyməti iki dəfə qalxsa da, Bakya normal su verilmir
 

"Azərsu" ASC yalnız korrupsionerlərə xidmət edir

Məlum olduğu kimi, ölkədə suyun qiyməti 2 dəfə qalxıb. Amma yenə də Bakı şəhərinə normal su verilmir.

İndi qiymət artımından əvvəl olduğu kimi, Bakı şəhərinə suyu yenə səhər və axşam saat 6-dan saat 9-dək verilir. Suyun keyfiyyətində isə heç bir dəyişiklik yoxdur.

Suyun tərkibini yoxlayanda məlum olur ki, Bakı şəhərinə verilən içməli su dövlət standartlarına qətiyyən uyğun gəlmir.

Deməli, əhaliyə içmək üçün verilən suyun tərkibini yoxladıqdan sonra məlum oldu ki, bu tərkibdə suyu heyvanlara vermək belə cinayətdir. Suyun tərkibini ölçən cihazla əhaliyə verilən suyun tərkibini yoxlayırıq. Cihaz suyun tərkibinin 297 faiz çirkli, yəni içməyə tam yarasız olduğunu göstərir. Amma evə qoyulmuş filtrdən keçən suyun tərkibi isə 7-12 faiz göstərir.

Bakı şəhərindı əhaliyə suyun verilməsi və təmizliyi barədə 215 nəfər Yasamal əhalisi arasında keçirdiyimiz sorğuda rəyi soruşulanların hamsının mənfi cavab verməsi qeyd etdiyimiz məsələnin ciddiliyindın xəbər verir.

Röyal

0.031193971633911