Sabunçuda yol qəzası baş verib

Sabunçuda yol qəzası baş verib
 

Paralel.az xəbər verir ki, bu gün, günorta saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yol qəzası baş verib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, xəsarət alan var. 

186 saylı marşrut xəttinin avtobusu Zabrat - Maştağa yolundakı Zabrat körpüsündə minik avtomobilinə çırpılıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Akif Nəsirli

0.021888017654419