Çingiz Şahbazi yazır...
İslam tarixində Mədinə razılaşması adlı çox məşhur bir sənəd var.Sənəd 622-ci ildə tərtib edilib və imzalanıb.Bəzi qaynaqlarda bu sənədə Mədinə Konstitutsiyası da deyilir.Mədinə razılaşması sevgili Peyğəmbər əfəndimiz Muhəmmədin S.a.s öndərliyi ilə ərsəyə gəlmişdir.
Mədinə razılaşması,Mədinə şəhərində yaşayan müsəlmanlar, yəhudilər və müşriklər arasında razılaşdırılmış və bağlanış müqavilədir.8-bənddən ibarət olan bu razılaşma aşağıdakı kimi təsnif edilmişdir.
1)Mədinədə yaşayan bütün insanlar öz yaşadığı əraziyə görə cavabdehlik daşıyır.
2) Müslümanlar və yəhudilər birlikdə sülh içində yaşayacaqdır və hər topluluq bir-birinin dininə hörmət edəcəkdir.
3)Mədinə şəhərinə hər hansı bir xarici hücum olunarsa, bütün topluluqlar birlikdə şəhərin müdafiəsində iştirak edəcəkdir.
4) Yəhudilər dinlərində sərbəst və azaddırlar.
5) Yəhudilər və müslümanlar arasında hər hansı bir anlaşılmazlıq yaranarsa,Hakim olaraq hz.Muhəmməd s.a.s seçiləcəkdir.
6) Mədinə şəhərində baş verən bütün anlaşılmazlıqların ədalətli həlli üçün,hər kəs hz.Muhəmmədə s.a.s müraciət edəcəkdir.
7) Mədinə şəhərində yaşayan hər kəs eyni hüquqa sahibdir və hər kəs eyni hüquqa malik vətəndaş sayılır.Heç bir topluluğun bir-birindən üstünlüyü yoxdur.
8)Mədinə şəhərində müharibədən sonrakı dövrdə, hər kəs öz çatışmazlığını özü həll edəcəkdir.
Mədinə razılaşmasının İslam və dünya tarixində önəmli yeri vardır.
Paralel.az