Avtobus səsboğucusu oğurlayanlar yaxalandı

Avtobus səsboğucusu oğurlayanlar yaxalandı
 

Paralel.az xəbər verir ki, bu gün, 22 noyabr tarixində Bakıda katalizator oğrusu saxlanıb. Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Rayonun 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində avtomobillərin səsboğucu sistemi, yəni katalizatorlarını oğurlayan Bakı şəhər sakini Xəyal Hüseynzadə tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı onun son 2 ay ərzində Yasamal və paytaxtın digər rayonlarında ümumilikdə 6 avtomobilin katalizatorunu oğurladığı məlum olub.

Oğurlanan katalizatorlardan bir neçəsi Xəyal Hüseynzadə saxlanılan zaman onun üzərindən aşkar olunub.
Akif Nəsirli

0.016839027404785