Ermənistandan Rusiyanın hücum helikopterinə maraq

Ermənistandan Rusiyanın hücum helikopterinə maraq
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı Ermənistanın Rusiyanın Ka-52M və Mi-28NE hücum helikopterləri ilə maraqlandığından yazıb: “Ermənistan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri Rusiyanın ən yeni Ka-52M və Mi-28NE hücum helikopterlərinə maraq göstərir”.
Xəbərdə deyilib ki, Ka-52M raket silahı digər ən yeni hücum helikopteri Mi-28 ilə birləşdirilib ki, bu da hədəflərin atış məsafəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verib: “Mi-28NE helikopteri hava hədəflərini, tankları və zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub, həmçinin kəşfiyyat və patrul xidməti üçün də istifadə olunur. Mi-28NE silah kompleksinə 30 mm-lik daşınan top, 6 və 10 kilometr mənzilli üç növ tank əleyhinə idarə olunan raket, iki növ idarə olunmayan raket, 500 kq-a qədər olan bombalar  və s.daxildir”.
Hərbi “gücü”nü nümayiş etdirmək iddiasında olan erməni mətbuatı onun istifadə təfərrüatlarından bəhs etməyib.
Nigar

0.012946128845215