Mənbəyi məlum olmayan pullar

Mənbəyi məlum olmayan pullar
 
Onların sahibləri kimdir?
 
Paralel.az xəbər verir ki, mənbəyi məlum olmayan pulların sahiblərini tapmaq çətin məsələ deyil. Bunun üçün, sadəcə siyasi iradə və qanunların işləməsi lazımdır. Siyasi iradə var,  prezident artıq neçə müddətdir ki, ölkəmizdə korrupsiyaya, rüşvətxorluğa və inhisarçılığa qarşı mübarlzə üçün çox mühüm addımlar atır. Amma onun etimad göstərdiyi gənc məmurlar belə, oturuşmuş rejimi dəyişə bilmir. Əksinə, bir çox hallarda özləri də, həmin rejimim qurbanına çevrilirlər. Pula, sərvətə hərislik etmaddan daha üstün tutulur ki, bu da cəzanın törədilən cinayətə adekvat olmamasından irəli gəlir.  
Bugünlərdə mediada yayılan məlumata görə, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yaşayan  A. Mehdiyev adlı vətəndaşın evindən 200 000 ABŞ dolları (təxminən 340 min manat) oğurlanıb. Oğurluq hadisəsi 4 ay ərzində baş verib(?).  A. Mehdiyev faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Media onu da xüsusi vurğulayır ki, A.Mehdiyev, eks-prezident administrasiyası rəhbəri, AMEA-nin prezidenti Ramiz Mehdiyevin yaxın adamıdır. Əslində, bunun məsələyə heç bir aidiyyəti yoxdur, çünki bu qədər pul R. Mehdiyevin yaxınının evindən çıxmayıb, mənim evindən çıxmayacaqdı ki.
Əsas məsələ odur ki, bu adam hüquq-mühafizə orqanlarına məlumat verməkdən belə, çəkinməyib. Demək ki, pulları halal yolla qazanıb. Əks təqdirdə, qanunun aliliyi qorunan hər hansı bir ölkədə hüquq-mühafizə orqanları həmin şəxsin özünü də, istintaqa cəlb edərək sorğu-sual edə bilərdi ki, bu pulları necə qazanıb və nə üşün dövriyyədən çıxararaq evində saxlayıb?
 Sovet dönəmində halal pulunu belə, dövriyyədən çıxararaq evində saxlayan adama qarşı cinayət işi açılırdı.   
Həmin şəxs pulun mənbəyi baradə sorğuya çəkilir, əsasən də küllü miqdarda pulu dövriyyədən çıxarma maddəsi ilə həbs olunurdu. Bu səbəbdən də, mənbəyi məlum olmayan pul sahibləri heç bir halda hüquq-mühafizə orqanlarına müraciət etmirdilər.
Görünür, hazırda ölkəmizdə elə qanunlar mövcud deyil, yaxud da Azərbaycanın hüquq-mühafizə orqanlarını pulun mənbəyi maraqlandırmır. Ələlxüsus da, o şəxs pullu və arxalı olanda.
Yusif Seyid
0.013579130172729