Artıq 20 noyabr bizim üçün təqvimdə qələbə günlərindən biridir

Artıq 20 noyabr bizim üçün təqvimdə qələbə günlərindən biridir
 

Paralel.az xəbər verir ki, bu gün Ağdam şəhərinin işğaldan azad olunduğu gündür. Ağdamın işğaldan azad olunması günü Azərbaycan tarixinin Zəfər salnaməsinin daha bir şərəfli səhifəsidir.
Artıq 20 noyabr bizim üçün təqvimdə qələbə günlərindən biridir.
2020-ci ilin 10 noyabrında imzalanan müqaviləyə əsasən düşmən bu torpaqları tərk etmək məcburiyyətində qaldı. Və tam bir ildir ki, Ağdam azaddır...
Məlum olduğu kimi, düşmən Ağdamı tərk etmək üçün 10 gün vaxt istəmişdi. Birinci Qarabağ savaşında ən çox şəhid verən şəhərlərimizdən olan Ağdam istiqamətində ikinci Qarabağ müharibəsində də şəhidlər verdik. Bu istiqamətdə əsasən ağır artilleriya döyüşləri gedirdi.
Hiyləgər düşmən Ağdamı təhvil verərkən bütün yollara mina düzdü. Ordumuz Ağdama daxil olarkən qurulan pusqularda şəhidlər verdi, qazilərimiz oldu. Amma bütün bu çətinliklərə baxmayaraq Ağdamın böyük bir hissəsi qısa müddətdə minalardan təmizləndi.
Bu gün bizim yanımızda Ağdam istiqamətindəki döyüşlərdə iştirak edən, Ağdama ilk daxil olan qəhrəman döyüşçülərimiz var.
Buradan aşağını səsli oxuyacam...
Əsgərimizin keşik çəkdiyi Ağdamda yenidənqurma işləri son sürətlə davam edir.
Ən əsası isə hərbçilərimizin şəraitinin yaxşılaşdırılmasına diqqət ayrılıb.
Bu səfərimiz çərçivəsində Ağdamda hərbçilər üçün yaradılan modul tipli yerləşmə məntəqəsində də olduq. Burada əsgərlərimiz üçün lazım olan şərait yaradılıb.

Azad Ağdamda artıq ağ damlar ucalır, şəhər dirçəlir. Bu il bərəkətli Ağdam torpağının məhsulunu biz dəririk. Yandırılan, məhv edilən yaşıllıqlar cana gəlir, döyüş meydanına çevrilən sahələrdə otlar cücərir, təbiət canlanır...

Paralel.az

0.018561840057373