Bu pulların mənbəyi bilinməlidir, ya yox?

Bu pulların mənbəyi bilinməlidir, ya yox?
 



Ey akademik titullu xəlvətcil müftəri! Hansı pullarla Türkiyənin bahalı klinikalarında müalicəyə gedirsən, hələ özünlə yançılar da aparırsan?! Hələ sakitcə əyləndiyin Avropanın lüks məkanlarını demirəm. Bu qədər xərci hansı hesabdan çəkirsən?
 Sənin eyş-işrət içində üzən övladlarından fərqli olaraq mənim kimilərin uşaqları, yeniyetmə övladları sahə poliklinikalarında şikəst edilirlər. Onlardan biri də mənəm...
Psevdoelmi demirəm, axı sən ölkəyə ziyandan başqa hansı xeyiri vermisən? Qoçularını hansı pullarla yemləyirsən? Fərqli zövq axtardığın yerdə ehtiyatsızlıq edib büzdüm fəqərəni zədələmisən. Sənin büzdüm fəqərən xalqın övladlarının canından önəmlidirmi? Gənc övladlarımız isə öz diarında normal tibbi yardım görmədən həyatla vidalaşırlar. Sən isə kefindən qalmamaq naminə zədələdiyin büzdümün üçün xalqın qanından yoğrulmuş pulları götürüb qaçırsan xaricə.
Neçə illik fəaliyyətinin nəticəsidir ki, xalq yoxsulluq, qanunsuzluq və ədalətsizlikdən qan ağlayır.
İndi cavab ver, görüm, ay həpənd! Yaman günlü xalqın akademiki niyə bəslənməlidir?! Ona görə ki, xalqın anasını yaxşı ağladıb düşmənə möhtac edib?! Ona görə ki, yaltaqlıq, riyakarlıq, məddahlıq edərək xalqını satıb? Ona görə ki, zərrə qədər də xalqını, dövlətini düşünməyib?! Heç bir gəlir gətirən kəşfə imza atmamış, xalqın rifahına xidmət etməmiş akademikin bu qədər pul və var-dövləti haradandır? Bəlkə terror təşkilatlarındandır? Bəlkə...

Paralel.az

0.053864002227783