Konstitusiya Qanununda dəyişiklik

Konstitusiya Qanununda dəyişiklik
 

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 30 sentyabr 2021-ci il tarixli Konstitusiya Qanunu qüvvəyə minmişdir.

Dəyişikliyə əsasən,  normativ hüquqi aktların kolliziyasına yol verməmək məqsədilə qanun layihələri ilə yanaşı onların qəbul olunması ilə əlaqədar ləğv, dəyişikliklər edilməli və hazırlanmalı olan qanun layihələri də eyni zamanda təqdim edilməlidir. Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan qanun və Azərbaycan Respublikası Prezidentinin fərmanlarının layihələri ilə yanaşı onların qəbul edilməsi ilə əlaqədar ləğv və dəyişikliklər edilməli və hazırlanmalı olan Azərbaycan Respublikası Prezidentinin aktlarının layihələri də eyni zamanda təqdim olunmalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının (onların struktur elementlərinin) siyahısı müəyyən edilməlidir.

Bundan başqa, normativ hüquqi aktların rəsmi dərc edilməsi qaydasında dəyişiklik edilərək, rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi də normativ hüquqi aktların rəsmi dərc edilməsi hesab edilmişdir.  

Həmçinin, müəyyən olunmuşdur ki, normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə həmin normativ hüquqi akt (onun struktur elementi) onu qəbul etmiş normayaratma orqanı tərəfindən ləğv edilir.

 

Paralel.az

0.029480934143066