İtlərin "intihar" etdiyi körpü

İtlərin
 

Paralel.az xəbər verir ki, Şotlandiyanın Dunbartonshire bölgəsində yerləşən Overtoun Körpüsü 1859-cu ildə inşa edilmişdir. Bu körpünün bir digər adı "intihar körpüsü" - dur.
Belə ki, burada ilk intihar 1950-ci ildə bir itin körpüdən özünü aşağı atması ilə nəticələnmişdir. Daha sonra isə müxtəlif zamanlarda başqa itlər də özlərini bu körpüdən aşağıya atmağa başlamışlar. Bütün hadisələr bir-birinin eynisidir, belə ki, itlər körpünün ortasına gələnə qədər hər şey normal davam edir, körpünün ortasına çatanda isə itlər bir şeyə əsəbləşir və eyni yerdən intihar edir.
Yerli xalq bunun səbəbini pis ruhların itləri lənətlədiyini və qalaya girmələrinə icazə verməmələri kimi açıqlasa da, Dr. David Sand bunun səbəbini körpünün altında yaşayan porsuqların buraxdığı iydən itlərin əsəbləşərək iyi axtarmağa getməsi kimi açıqlayır. Bu günə qədər 600-dən çox itin intihar etməsi üzərinə körpünün hər iki tərəfinə "körpüdən keçərkən itlərinizdən bərk yapışın" yazılı lövhələr asılmışdır.

Paralel.az

0.028239011764526