Ənvər Ağamalızadəni polislər naməlum istiqamətə aparıblar
Bu gün, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiyaya dəstək verən ADR Partiyasının üzvü, 1-ci Qarabağ müharibəsi əlili Ənvər Ağamalızadəni polislər saxlayaraq naməlum istiqamətə aparıb. Son məlumata görə, polislər Ənvər müəllimi nazirliyin qarşısından uzaqlaşdırıb, sonra sərbəst buraxıblar.
Ənvər Ağamalızadə 40 ildən çox riyaziyyat müəllimi işləyib, hazırda təqaüddədir. Onun yeganə məqsədi haqqı pozulan Qarabağ qazilərinə, sosial ədalətin bərpasına dəstəyini nümayiş etdirmək olub.
Diqqətcil izləyicilər, Ənvər müəllimi 19 noyabr 2019-cu il mitinqindən xatırlaya bilərlər.
Xalqını eşitməyən, onun səsini boğan rejimlərin hamısının sonu iflasdır. Azərbaycan iqtidadı da bu yolla sürətlə irəliləyir.
Paralel.az